1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prezidentin köməkçisi: "Qarabağ"ı sıxışdırdılar"
"Siyasətdə baş verənlər idmanda da təkrar olunur".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununda fransız həkimin qərarını şərh edərkən bildirib.
"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə Prezidentin köməkçisi əlavə edib.
Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb. (Report)