İngiltərənin "Arsenal" klubu yayda "Monako"nun futbolçusu Tomas Lemarı transfer etmək istəsə də uğursuz olub.
Sportnet.az-ın "Mirror"a istinadən verdiyi xəbərə görə, London təmsilçisi futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Arsenal"la yanaşı "Barselona" və "Liverpul" klubları da Lemarı transfer etmək istəyir. 21 yaşlı yarımmüdafiəçinin klubu "Monako" ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.