İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından sonra İtaliya "Napoli"sinin avtobusuna oturub.
Sportnet.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis bilmədən rəqib komandanın maşınına minib. Lakin o, səhvini dərhal başa düşüb və aşağı enərək, "Mançester Siti" avtobusuna əyləşib.
Qeyd edək ki, iki komanda arasındakı görüş "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 4:2.