"Zirə"nin futbolçusu Jozef Bum Topaz Premyer Liqasının XI turunda "Neftçi" üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Oyunla bağlı təəssüratlarınız necədir?
- Gərgin məcrada keçən bir matç oldu. Belə olacağını bilirdik. İlk dövrədə "Neftçi" ilə qarşılaşanda demişdim ki, ən yaxşı komandalardan biridir.
- "Neftçi" cəbhəsi sizi anti-futbol oynamaqda günahlandırır. Bununla razısınız?
- Anti-futbol deyərkən, nəyi nəzərdə tuturlar? Futbolçuları vurmağı, reqbi, yoxsa nəyi?
- Müdafiəyə qapanmaq və vaxt öldürməyi...
- Hər kəsin öz fikri var. Biz nəticə üçün meydana çıxmışdıq və buna da nail olduq. Gələcəkdəki oyunlara baxacağıq.
- Bu gün layiqli qələbə qazandınız?
- Futbol kimin qələbəni daha çox haqq etməsindən ibarət deyil. Qol epizodlarımız oldu və onlardan birindən faydalandıq.
- Futbolçular arasında tez-tez mübahisə düşürdü. Bu, nə ilə bağlı idi?
- Bütün bunlar futbola aiddir. Yəni, bu "Neftçi" ilə "Zirə" arasında yaşanan aqressiya ilə bağlı deyil. Futbolda mübarizə normaldır. Bu bizim işimizdir. Oyundan sonra söhbət də edə bilər, normal insanlar kimi kofe də içərik.
- "Neftçi"də münasibətinizin olduğu oyunçu var?
- Orada yoxdur. Amma "Qarabağ"da var.