
"Qarabağ”ın hücumçusu Ramil Şeydayev "Facebook" səhifəsində məşqlərə başladığını yazıb.
Sportnet.az-ın məlumatına görə, Şeydayev bu gün U-21 millimizin AÇ-2019-un seçmə mərhələsində Kosova ilə matçda komandaya kömək edə bilməyəcəyindən təəssüflənib: "Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.
Qeyd edək ki, Ramil Şeydayev zədə səbəbindən U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətindən çıxarılıb.