1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin hücumçusu: "Bilərəkdən rəqibə zərbə endirmək istəməzdim" - MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə heç-heçə edib.
Sportnet.az-ın məlumatına görə, 0:0 hesabı ilə yekunlaşan oyundan sonra matçın sonuna bir neçə dəqiqə qalmış qırmızı vərəqə alan İlkin Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
- Həvəssiz və əsəbi görünürdün. Bəziləri sənin oyunun sonuna yaxın qırmızı vərəqə alacağını düşünürdü və bu, belə də oldu. Bnun səbəbi nədir?
- Məşqçimiz bizi oyuna yaxşı kökləmişdi. Zədəli olduğuma görə əsəbləşmişdim. Komandaya kömək etmək istədim, ancaq qırmızı vərəqə aldım.
- Komandada dağınıqlıq var, intizam yoxdur. Bu haqda nə deyə bilərsən?
- Komanda olaraq tam formalaşmamışıq. Təlim-məşq toplanışımızın müddəti az olur, tez-tez yığışa bilmirik. Bəlkə də ona görə öz oyunumuzu göstərə bilmirik.
- Komandanın formalaşması üçün nə qədər vaxt lazımdır?
- Deyə bilmərəm...
- Qırmızı vərəqə almamışdan öncə real qol epizodun olsa da, yararlana bilmədin...
- Vurmaq istəyirdim. Zərbə vursam da, qapıçı fərqlənməyimə imkan vermədi.
- Sanki qol vura bilməməyinin əvəzini rəqib müdafiəçidən çıxdın...
- Elə deməzdim. Bilərəkdən rəqibə zərbə endirmək istəməzdim. Belə olmasını istəmirdim.
- Kosovo ilə oyunda qazanılan 1 xalı millimiz üçün uğurlu nəticə saymaq olar?
- Yox. Bu oyunda mütləq qələbə qazanmaq istəyirdik.
- Almaniya ilə matçı bə bu oyunu millimizin baş məşqçisi Qurban Qurbanov da izləyirdi və adətən, gənc futbolçular belə oyunlarda özlərini sübut etməyə çalışırlar. Amma Almaniya ilə oyunda futbolçularda əzmkarlıq hiss etmədik. Bu, nə ilə bağlı idi?
- Heç kim məğlub olmaq istəmir. Amma Almaniyanın güclü rəqib olması ilə razılaşmalıyıq. Düşünürəm ki, bu oyunda futbolçular qələbə qazanmaq istəyirdilər. Qələbəyə ac olsaq da, alınmadı.
- Almaniyaya böyükhesablı məğlubiyyətdən sonra komandada vəziyyət yaxşı deyildi. Maraqlıdır, psixoloji gərginlikdən necə çıxa bildiniz?
- Məşqçilərimiz bizi oyuna yaxşı hazırlaşdırmışdı. Oyunda da istəkli olduğumuzu göstərdik.