1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çelsi"nin kapitanı: "İndi hər şey öz əlimizdədir"
"İngiltərə Premyer Liqasında sürət yığmağa başladıqdan sonra yenidən Çempionlar Liqasına qayıdırıq. Bu da bizim üçün vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Qari Kehill "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının V tur matçı ərəfəsində deyib. 32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, İtaliya "Roma"sı ilə əvvəlki görüşlər "zadəganlar" üçün çətin keçib: "Xüsusən, ötən tur 0:3 hesablı səfər məğlubiyyəti bizim üçün şok oldu. Bundan sonra yaradıcı oyun sərgiləyərək, Premyer Liqada ardıcıl 4 qələbə qazandıq. İndi isə hər şey öz əlimizdədir".
Kapitan "Qarabağ"la oyuna da qələbə üçün çıxacaqlarını açıqlayıb: "Bilirik ki, bizə qələbə lazımdır. Bu halda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edəcəyik. Biz özümüzə əmin olmalıyıq".
Qeye edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:00-da başlanacaq.