"Hamımız "Qarabağ" üçün çətin olacağını bilirdik. Oyunun qırılma nöqtəsi penalti epizodu idi. Elə epizoddur ki, hakim haqsızlığının olub-olmadığını demək olmur. Futboldur, hər şey ola bilər".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçirilmiş Çempionlar Liqasının V tur matçı barədə danışarkən deyib. O bildirib ki, "Qarabağ" artıq üçüncü oyundur 10 nəfərlə qalır: "Yəqin, qaydaları dəyişiblər. Amma bunun məqsədli şəkildə olduğunu deməzdim".
Qeyd edək ki, "Çelsi"yə 0:4 hesabı ilə uduzduğu görüşün 19-cu dəqiqəsində "Qarabağ"ın kapitanı Rəşad Sadıqov meydandan kənarlaşdırılıb. Bundan başqa həmin epizodda və ikinci hissədə meydan sahiblərinin qapısına penalti təyin olunub.