"Kəpəz” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Binə” ilə matçının yerinin dəyişdirilməsini xahiş edib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər”ev oyunlarını keçiridiyi Gəncə şəhər stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək belə bir addım atıblar.
"Kəpəz” klubunun müraciətini və "Binə”nin razılığını əsas götürən PFL "Kəpəz” – "Binə” oyununun noyabrın 29-da "Dalğa Arena”da keçirilməsinə qərar verib.