"Qəbələ" klubunun futbolçusu Filip Ozobiç Azərbaycan vətəndaşlığını qəbul edəcəyi barədə xəbərlərə münasibət bildirib. Xorvatiyalı yarımmüdafiəçi Sportnet.az-a açıqlamasında vətənində verdiyi açıqlamasının düzgün anlaşılmadığını açıqlayıb.
"Mən bir qədər başqa cür demişəm. Hələ ikinci mövsümdür burada çıxış edirəm. Buna görə də Azərbaycan yığması barədə düşünmək üçün tezdir" deyə Ozobiç vurğulayıb. O, "Qəbələ"dəki vəziyyətindən razılıq ifadə edib: "Burada mənim üçün hər şey yaxşıdır. Yeni müqavilə barədə danışığımız olmayıb. Razılığa gəlsək, komandada qalacağam. Amma vətəndaşlıq almağım üçün hələ çox tezdir".
Qeyd edək ki, Filip Ozobiç "Qəbələ"də 2016-cı ilin yayından çıxış edir.