
Topaz Premyer Liqasının XIII trunda "Kəpəz"in qonağı olan "Qəbələ" 6:1 hesablı qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan razı qaldım. Nəticə istədiyimiz kimi oldu. Keyfiyyətli oynadıq. Komandanı təriflməyə tələsirəm. Hamımız qələbəyə şadıq.
- Birinci dövrədən sonra dəyişiklik sizdə çox olub, yoxsa rəqibdə?
- Rəqib haqda heç nə demək istəmirəm. Həmin oyundan onra xeyli vaxt keçib. Bir sıra işlər gödük. Nəticələr qazandıq və düşünürəm ki, hər şey yaxşıdır.