1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asif Məmmədov: "Qələbə gözləyirdik, amma bu hesabla yox"
"Kəpəz"lə oyunlarımız həmişə ağır keçdiyindən, bu stadionda xal götürmək həmişə bizə çətinlik yaradıb. Ona görə də oyuna çox ciddi hazırlaşmışdıq. Məncə, bu da öz bəhrəsini verdi".
Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Asif Məmmədov Gəncədə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra deyib. 31 yaşlı yarımmüdafiəçi bildirib ki, belə nəticə gözlənilməz olub: "Açığı, qələbə gözləyirdik, amma bu hesabla yox. İlk dövrədə "Kəpəz"ə necə uduzduğumuzu demək çətindir. Futbolda belə şeylər olur. Həmin oyun alınmamışdı. Bəlkə də meydana bir az rahat çıxmışdıq".
Gəncə şəhər stadionunun hazırkı ot örtüyünün ən yaxşılardan olduğunu deyən Məmmədov belə şəraiti yaradanlara təşəkkürünü bildirib. Bu qələbə sayəsində "Qəbələ" xallarını 28-ə çatdırıb və lider "Qarabağ"la bərabərləşib. Lakin Ağdam komandası 27 xalla 3-cü pillədə olan "Zirə"nin sabah qonağı olacaq. Daha bir oyun isə əvvəlki turlardan təxirə salınıb. "Qəbələ"nin oyunçusu "Zirə" - "Qarabağ" oyununda komandanız hansı nəticəyə ümid edə bilər" sualını belə cavablandırıb: "Biz rəqiblərimizin oyunlarına baxmırıq. Amma bizə sərf edən nəticə daha yaxşı olar. Heç-heçəni daha yaxşı hesab saya bilərik. Əlbəttə, oyunlar bərabərləşdikdən sonra "Qarabağ"a çatmağımız real görünür. Amma ağdamlıların "Səbail"lə ehtiyatda bir oyunlarının qaldığını nəzərə alsaq, aramızda 3 xallıq fərqin olduğunu demək olar. İstənilən halda, oyunlar bərabərləşdikdən sonra "Zirə"ni keçmək lazımdır. Qarşıda 15 oyun var. Ona görə də hər şey ola bilər".