"Neftçi"nin Futbol Akademiyasının komandaları maksimum nəticə göstərib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi” PFK-nın U-17 komandası ikinci dövrəyə qələbə ilə başlayıb. Komanda Bakcell U-17 Liqasının 12-ci turunda "Ağsu”nu məğlub edib. Ağsu şəhər stadionunda keçirilmiş oyun 1:7 hesabı ilə nəticələnib. Ümumiyyətlə, "Neftçi” Futbol Akademiyasının bütün komandaları son turda qalib gəliblər. Əvəzedicilər isə 13-cü turda "Keşlə” ilə qarşılaşıblar. Binə qəsəbə stadionunda heç-heçə qeydə alınıb – 0:0.
U-17 Liqası: "Ağsu” – "Neftçi” 1:7
Qollar: Nicat Musayev, Nihat Qurbanlı, Mehdi Tahirov, Turan Əhmədov, Nicat Məmmədov, İlkin Əbiyev, Vüsal Məmmədov.
U-15 Liqası: "Neftçi” – "Qarabağ” 2:1
Qollar: Nihat Cəfərov, Altay Əbdülkərimov.
U-14 Liqası: "Neftçi” – "Xəzri” 10:0
Qollar: Ağadadaş Salyanski (5), Yusif Qarayev, Sərxan Məmmədov, Elcan Əbilov, Novruz Əmirov, Rəsul Qazıyev.
U-13 Liqası: "Əlincə” – "Neftçi” 0:4
Qollar: Ramiz Muradov (2), Ömər Qurbanov, Yusif Əliyev.
U-13 Qızlar Liqası: "Neftçi” – "Fidan” 12:0
Qollar: Jasmin Abdullayeva (5), Nurçin Tarverdizadə (5), Elvira Məmmədova, avtoqol.
U-12 Liqası: "Neftçi” – "Təhsil” 2:0
Qollar: Rəvan Səfərli, Erik Braun Liam.
U-11 Liqası: "Sərhədçi” – "Neftçi” 0:10
Qollar: Lorenzo Mezzotero (5), Amin Muradov (2), Əli Aslanzadə, Fərid Əhmədov, Murad Məmmədov.
U-10 Liqası: "Neftçi” – "Junior” 8:0
Qollar: Lorenzo Mezzotero (4), Nicat Məhərrəmov, Murad Zülfüqarlı, Əbdüləziz Cabbarlı, Rüstəm Hüseynli.