İsfahan şəhərində "4 Top Nations” turnirində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi İran yığması ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın qollarını Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurub.
Millimiz növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 16:30-da Rusiya yığmasına qarşı keçirəcək.