1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeydayev üçün şans anı
Vüqar MƏMMƏDOV
Çin klubuna keçən Dino Ndlovuya nə elə də güclü hücumçu demək olardı, nə da zəif. Özünməxsus oyun tərzi, üslubu var idi. Fikrimcə, oyun tərzi "Qarabağ”a tam uyğun deyildi.
Niyə? Çünki "Qarabağ” ləng hücumu sevən komandadır. Belə hücumlarda, adətən, hücumçu ucaboy, bitiricilik qabiliyyətli, başla yaxşı oynaya bilən biri olmalıdır. Ndlovu isə o qədər ucaboy deyildi, sürətli olması isə əks-hücum üçün faydalı idi ki, "Qarabağ” da bu tərz oynamır. Konkret, Reynaldonun ondan daha faydalı olduğunu desəm, zənnimcə, yanılmaram. Amma braziliyalının tez-tez zədələnməsini bura əlavə etsək, onda faydalı iş əmsalı baxımından, hər ikisini eyni tutmaq olar.
Dino oynayarkən ehtiyatda qalan Ramil Şeydayev isə "Qarabağ”ın oyun üslubuna xas oyunçudur. Cinah asmalarında rəqiblərini havada udmaq üçün uca boyu var, bütün 90 dəqiqəni dayanmadan çalışır, pressiq edir, hər iki ayağı da işləyir, birə-bir mübarizələrdə rəqibini aldatmağı bacarır.
Ancaq Ramil hələ də "Qarabağ”da qol hesabını açmayıb. Burada bir nüansı nəzərə almaq lazımdır ki, Qurban Qurbanovun komandasında oyunçular ilk vaxtlar heyətə uyğunlaşmırlar. Amma tədricən bu hal aradan qalxır. Elə uzağa getməyib Dinoya baxaq: Onun "Qarabağ”a uyğunlaşması və stabil oyun göstərməsi üçün az qala bir il lazım oldu. Oyunçuların "Qarabağ”a uyğunlaşması ona görə vaxt aparır ki, Ağdam komandası özünəməxsus sistemə malikdir. Hər hansı futbolçunun bu sistemə uyğunlaşması üçün müəyyən vaxta ehtiyacı olur. Bu vaxt qısa müddətli də ola bilər, uzunmüdətli də. Amma zaman lazımdır – bu, dəqiqdir.
Şeydayevin həm də komandaya uyğunlaşması Qurbanovun maraq dairəsində olmalıdır. Çünki o, milli komandanınn üzvüdür. Baş məşqçi çalışacaq ki, Ramilin potensialının açılmasına maksimum dərəcədə kömək etsin. Bir çox futbolçunun imkanlarının açılmasında həlledici rol oynayan Qurbanovun Şeydayevin potensialını da açma ehtimalı yüksəkdir.
Bizə isə ümid etmək qalır ki, Şeydayev özünü yaxşı tərəfdən göstərəcək və baş məşqçinin "Qarabağ” üçün yeni hücumçu almasına ehtiyac qalmayacaq.
Digər tərəfdən, bir məsələ də var: Şeydayev müqavilə üzrə "Trabzonspor”a məxsusdur. O, "Qarabağ”da özünü yaxşı tərəfdən göstərə bilsə, vəziyyət başqa cür olacaq. "Trabzonspor”da indi baş məşqçi Ramili icarəyə göndərən Ərsun Yanal yox, Rza Çalıımbaydır. Belə olan təqdirdə, Ramil "Qarabağ”da yüksəliş yaşasa, Çalımbay onu Trabzonda saxlaya bilər. Bu hal, yığmamız prizmasından baxsaq, xeyrimizə olacaq.
Şeydayev daha yüksək səviyyəli çempionatda və eyni zamanda, daha yüksək səviyəli klubda çıxış etməklə, öz səviyyəsini artıracaq, bununla da yığmamız üçün faydalı olacaq. Bunu Qurbanov da istəyir. Bu vəziyyətdə itirən "Qarabağ” ola bilər, amma yeni bir hücumçu almaqla komandanın gücünü özündə saxlayar.
Onsuz da "Qarabağ” rəhbərliyi Qurbanovu yığmaya verməklə, risk edib. Bu klubun fəaaliyyəti peşəkarlıqdan çıxıb. Peşəkar klub yalnız özünü düşünməli, yalnız öz mənafeyini güdməlidir. İstər-istəməz elə alınıb ki, "Qarabağ” yığmanı düşünməklə, alturisti xatırldır.