1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransa yığmasının qapıçısı: "İspaniya ilə oyunda sizə azarkeşlik edəcəyik"
"Maraqlı oyun alındı. Biz 2 gün əvvəl də oyuna çıxmışdıq və istər-istəməz bu amil mənfi təsirini göstərdi. Birinci hissədə mümkün qədər müqavimət göstərdik, amma ikinci hissədə artıq yorulmuşduq. Buna görə də rəqiblə ayaqlaşa bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Fransa millisinin qapıçısı Camel Harun Azərbaycan yığmasına 3:5 hesabı ilə uduzduqları Avropa çempionatı matçından sonra AFF-nin mətbuat xidmətinə açıqlamasında deyib. O, millimizə məğlubiyyətin səbəblərini açıqlayıb: "Rəqibimiz də sıradan komanda deyil. Azərbaycan millisinin heyətində fərdi baxımdan seçilən oyunçular var. Çox texnikalıdırlar və istənilən rəqibi təkətək mübarizədə üstələməyi bacarırlar. Bolinya isə tam fərqli bir hücumçudur. Həm də biz ilk dəfə belə böyük yarışda iştirak edirik, Azərbaycan millisi isə dəfələrlə bu cür yarışda gücünü sınayıb. Düzdü, oyundan əvvəl şanslar 50-nin 50-yə idi. Bu dəfə sizin komanda şansları xeyrinə dəyişdi".
Fransa yığması D qrupunu 2 oyundan 1 xalla tamamlayıb. 3 xalla 1/4 finala vəsiqəni vaxtından əvvəl təmin etmiş yığmamız isə fevralın 4-də İspaniya ilə qarşılaşacaq. Harun bu görüşü səbirsizliklə gözlədiklərini bildirib: "Əlbəttə, sizin komandaya azarkeşlik edəcəyik. 2 top fərqi ilə qələbə qazansanız, bizim üçün ¼ final yolu açılacaq. İstənilən halda, bura gəzməyə deyil, oynamağı bacardığımızı göstərməyə gəlmişdik”.
Qeyd edək ki, 1/4 finala 3 komandalı 4 qrupun hər birində ilk 2 yeri tutan komandalar yüksəlməlidir.