1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futzalçısı: "Bu məğlubiyyət bizim üçün fəlakətdir"
"Futzal hərdən amansız olur. Biz bunu gözləmirdik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Bolinya Avropa çempionatında Portuqaliyaya 1:8 hesabı ilə uduzduqları 1/4 final matçından sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib. Milliləşmiş braziliyalı legioner bu məğlubiyyəti fəlakətə bənzədib: "Fikrimcə, Portuqaliya əla oynadı, bütün mümkün imkanlardan yararlandı və ilk 5 dəqiqədə bizi əhəmiyyətli dərəcədə sarsıtdılar. Bu məğlubiyyət bizim üçün fəlakətdir. Matçın əvvəlindən çox açıq oynayırdıq. Strategiyamız belə idi ki, rəqibi təzyiq altında saxlayaq və meydanın onlara aid hissəsində pressinq edək. Rəqib komandanın məşqçisini təbrik edirəm. Çünki rəqib komanda bizim qarşımızı aldı və təzyiqlərimizdən qurtuldu".
Qeyd edək ki, görüşünün ilk dəqiqəsinin tamamında Azərbaycan yığması hesabı açsa da, sonradan ardıcıl 8 top buraxıb. Rəqib komandanın qollarından 4-nü kapitan Rikardinyo vurub.