1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Bu söyüşləri heç bir futbolçu götürməz" - MÜSAHİBƏ
"Suqmayıt”la oyunda qırmızı vərəqə alan və komandasını azlıqda qoyan "Neftçi”nin futbolçusu Rəşad Sadiqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müshibəni təqdim edir:
"Oyun çətin alındı. Penalti yalnış qərar idi Tural da etiraf etdi ki, Rəşad məni yıxmadı. Belə penalti verməzlər. Bu epizoddan sonra komanda ruhdan düşdü. Qolda da mənim səhvim oldu. Bunu etiraf edirəm. 2:0-dan sonra isə oyunu düzəltmək çətindir."
- Oyundan öncə prezidentin dəyişməsi nə dərəcədə təsir etdi?
- Bunun bizə təsir etdiyini deməzdim. Başqa oyunlara necə hazırlaşırdıqsa, buna da elə hazırlaşırdıq. Futbolçuların işi icra etməkdir, Futbul oynamaqdır. Biz öz oyunumuzu oynayıb, 3 xal qazanmaq istəyirdik. Bunu bacarmadıq. Məyus olduq.
- Qırmızı epizodu ilə bağlı nə deyə bilərsən?
- Bu epizod barədə nə deyim? Azərbaycan vətəndaşı belə şey etməməlidir. Tribunadan futbolçulara elə söyüşlər söydü ki... Bu söyüşləri heç bir futbolçu götürməz. Cərimə zəribəsi oldu. Futbolçumuz qaydanı pozdu. Hakim isə sarı vərəqə ilə cəzalandırdı. Bu normal haldır. Azarkeş buna görə normal sözlər deyə bilərdi. Təhqirin ən pisinə əl atdı. Yaşlı kişi idi. Ona dedim ki, yaşından utan. Dəqiq bilmirəm o kimdir. Kiminsə atası olduğun da bilmirəm. Belə şey eləmək olmaz. Hakim də mənə qırmızı verdi. Bu söyüşlərin qarşılığında nəsə demək lazım idi. Buna görə qırmızı verməyin yeri yox idi.
- Söyüş söymədin ona?
- Mən ona etik qaydada cavab qaytardım. Heç kim öz ailəsini küçədən tapmayıb. Bizə də azarkeşlər baxır. O utanmır elə ifadələr işlədir.
- "Neftçi” yenə uduzdu...
- Yenə deyəndə biz bundan öncəki oyunda qələbə qazanmışıq. Yenə sözü yaxşı çıxmır.
- Yaxşı, "Sumqayıt”a yenə uduzdu...
- "Sumqayıt”ı da bundan əvvəlki oyunda evdə udmuşduq. Belə hallara aqresiya ilə yanaşmayaq.
- "Neftçi”də hər şey yaxşıdır?
- Pis deyil. Normaldır. Oyuna da yaxşı hazırlaşdıq. Qoldan sonra çətin anlar yaşadıq.
- 4-cü yer ümidləri necə?
- 5 xallıq fərq var. Bu elə də çox deyil. Bu komanda ilə evdə oyunumuz var. Qarşımızda da 10-dan çox matç var. Onların da xal itirmək ehtimalı çoxdur. 4-cü yeri kimin tutacağını zaman göstərəcək. Əlimizdə gələni edəcəyik ki, 4-cü yeri tutaq. Ən azından Avropa Liqasını istəyirik.
- Sizin üçün ən rahat yol kubokdur?
- İkisini də əldən buraxmaq istəmirik. Kubok matçı çətin olacaq. İki oyundan ibarətdir. Kubokdan kənarda qalsaq, çempionatı itirməməliyik. Çalışacağıq ki, ikisindən birin götürək.
- Qarşıdan "Zirə” ilə oyun gəlir. Sən də bu matçda iştirak etməyəcəkən.
- Bu oyuna sakit başla hazırlaşmaq lazımdır. Hər şeyi qırağa atmalıyıq. Belə də olacaq. Kubokda onları udduğumuz kimi burda da qələbə qazanmaq niyyətindəyik.