1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan hakimi vuran futbolçuya 10 oyunluq cəza
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Şağan” (Bakı) və "Ümid Masallı” (Bakı) klublarını cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin iki futboçusu ağır cəzaya məruz qalıb. Matçın 36-cı dəqiqəsində "Şağan” klubunun 3 №-li futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. Buna görə futbolçuya 3 oyunluq cəza verilib.
"Şağan” klubunun digər üzvü Namiq Salayevə isə daha ağır cəza verilib. Futbolçu aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. O, bu hərəkətlərinə görə, 10 oyunluq cəzalanıb.
Həmçinin, İntizam Komitəsi "Şağan” klubunu daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır cəza veriləcəyi açıqlanıb.
Sözügedən matçda rəqibin futbolçusu Elnur İbadova da cəza tətbiq olunub. Buna səbəb futbolçunun oyunun 58-ci dəqiqəsində ikinci sarı vəqərə alaraq meydandan kənarlaşdırılması olub.