1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mil-Muğan"a texniki məğlubiyyət verilməsinin təfərruatı
AFFA İntizam Komitəsinin "Mil-Muğan" klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub.
Sportnet.az xəbər verir ki, problem I Divizionun XV turunda "Zaqatala” ilə səfər matçının protokolunu dolduran şəxsin səhvi üzündən baş verib. "Mil-Muğan”ın 11 nömrəli futbolçusu Şahin Əliyevin qeydiyyat vərəqəsi görüşü idarə edən hakimlər briqadasına təqdim edilsə də, qonaqlar 23 yaşlı futbolçunun adını oyunun protokolunda qeyd etməyi unudublar.
Əliyev qarşılaşmanın 61-ci dəqiqəsinə komanda yoldaşı Anar Babayevin əvəzinə meydana daxil oluğu üçün İmişli təmsilçisi texniki məğlubiyyətlə üzləşib. Həmçinin "Mil-Muğan” 800 manat cərimə olunub.
Qeyd edək ki, "Zaqatala" - "Mil-Muğan" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şahin Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində 13 qolla əvəzedicilərin çempionatının bombardiri olub. (Report)