Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub. Püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko yardımçı olub.
Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:
"Barselona” (İspaniya) - "Roma” (İtaliya)
"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)
"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
Qeyd edək ki, ilk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq.
---------
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, mərasimdə püşkü Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko çəkəcək. Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır.
"Real Madrid” (İspaniya)
"Barselona” (İspaniya)
"Sevilya” (İspaniya)
"Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya)
"Roma” (İtaliya)
"Liverpul” (İngiltərə)
"Mançester Siti” (İngiltərə)
Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi, eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni, cütlərin tərkibi "kor püşk" nəticəsində müəyyənləşəcək. İlk oyunlar 3-4 aprel, cavab qarşılaşmaları isə 10-11 apreldə olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.
Qeyd edək ki, pükşatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.