Türkiyənin "Konyaspor" klubunda çıxış edən kamerunlu futbolçu Samuel Eto O şəxsi "Facebook" hesabından prezidentliyə namizədliyi barədə açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı hücumçu "Jeune Afrique" saytında çıxan xəbərlərin doğru olmadığını söyləyib. O, zarafat bəhanəsi ilə özünə aid edilən sözləri hörmətsizlik kimi dəyərləndirib:
"Kamerun vətəndaşı olaraq, ölkəmin dövlət qurumlarına və onların rəhbərlərinə böyük hörmətim var. Xəbəri yazanlar 2018-ci il prezident seçkilərini və namizədlləri belə bir zarafatda istifadə etməklə çox irəli gediblər".
Qeyd edək ki, saytda yayımlanan xəyali açıqlamada Eto Onun 2018-ci ildə Kamerunda keçiriləcək prezident seçkilərində namizəd olmaq istədiyi qeyd olunub.







































































