Aprelin 3-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün "UEFA Pro licence Student exchange” adlı seminar start götürəcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dörd gün davam edəcək seminara Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər qatılacaq. AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyətində hazırda PRO kurslarında təhsil alan 11 baş məşqçi yer alacaq.
Bunlar "Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, "Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, "Xəzər” komandasının baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərovdur.