1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qvardiolanın "Mançester Siti"sindən anti-rekord
İngiltərənin "Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiolanın dönəmində ilk dəfə bir matçda çərçivəyə zərbə vura bilməyib.
Sportnet.az xəbər verir ki, "şəhərlilər” bu anti-rekorda Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda İngiltərənin digər təmsilçisi "Liverpul”a 0:3 hesabı ilə uduzduqları görüşdə imza atıblar.
Bunadək "Mançester Siti” cari mövsümdə ÇL-də orta hesabla 5,6, İngiltərə Premyer Liqasında isə 7,2 dəfə çərçivəyə zərbə vurub.
"Liverpul” isə ÇL-in cari mövsümündə ən məhsuldar komandadır. Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv hər görüşdə orta hesabla 3,44 qol vurub. Fransanın PSJ komandasında bu göstərici 3,38, İspaniya "Real Madrid”ində isə 2,78-dir.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı il iyulun 1-dən "Mançester Siti”yə rəhbərlik edir.