Polşanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının "Poqon” klubunun üzvü Aron Stasyak məşq zamanı baxımlı qola imza atıb.
Sportnet.az xəbər verir ki, 18 yaşlı hücumçu öz oxu ətrafında fırlanmaqla, topa effektiv akrobatik zərbə vurub.
Qeyd edək ki, Aron Stasyak "Poqon”un əvəzedici komandasında çıxış edir. Bu il martın 20-də peşəkar müqaviləyə imza atan forvard cari mövsümdə iştirak etdiyi 11 oyunda 16 qol vurub.