Azərbaycan milli komandasının və Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ufuk Budak zədə səbəbində növbəti matçda da iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, son iki oyundan kənarda qalan 28 yaşlı müdafiəçi Türkiyə I Liqasının XXX turunda doğma meydanda "İstanbulspor"la oyunu da buraxacaq.
Təcrübəli oyunçu hazırda komanda ilə birgə məşqlərə qatılmır və fərdi çalışmalarla kifayətlənir. Zədədən sonra Budakın 2-3 həftə ərzində yaşıl meydanlara qayıdacağı gözlənilsə də, bu, baş tutmayıb.
Qeyd edək ki, Ufuk Budakın son yoldaşlıq oyunları üçün Azərbaycan millisinə çağırılması nəzərdə tutulurdu. Lakin onun yığmaya dönüşü zədə səbəbindən baş tutmayıb. Müdafiəçi son olaraq, martın 11-də səfərdə "Qaziantepspor"a 1:2 hesabı ilə uduzduqları oyunda meydanda olub.







































































