
"Neftçi” PFK Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt” klubu ilə oyunun hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, komanda bu gün İsmət Qayıbov adına bazada məşq keçib.
Xatırladaq ki, aprelin 8-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” matçı saat 18:30-da başlanacaq.