Azərbaycan I Divizionunda XXII turun oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub. Turun mərkəzi görüşündə "Xəzər" MOİK-i 3:1 hesabı ilə üstələyərək, ikinci pillədəki yerini qoruyub və lider "Qaradağ Lökbatan"la xal fərqini 6-ya endirib. "Binə" səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Ağsu" matçında isə qalib müəyyənləşməyib.
6 aprel (cümə)
"Zaqatala” – "Binə” - 0:1
Qol: Renat Aşurov, 45
Hakimlər: Ziya Nəsirov, Elxan Əsgərzadə, Samir Hacıyev, Namiq Bəkirov
AFFA nümayəndəsi: Qurban Məmmədov
Hakim-inspektor: Əvəz Şıxıyev
Zaqatala şəhər stadionu
"Xəzər” – MOİK - 3:1
Qollar: Tural Qurbətov, 37. Kənan Mirzəliyev, 58; 62. Elmir Rəhimzadə, 89 - Bəhruz Teymurov, 71
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Roman Vasilyev, Elgün Hüseynov
AFFA nümayəndəsi: İlham Əliyev
Hakim-inspektor: Əlibala Ələsgərov
"İnter Arena”
"Turan Tovuz” – "Ağsu” - 1:1
Qollar: Rəhman Musayev, 8 - Qalib Əmrahov, 62
Hakimlər: Xəlil Xəlilov, Elman Kərimov, Yaşar Abbasov, Səbuhi Bayramov
AFFA nümayəndəsi: Şakir Əmrahov
Hakim-inspektor: Azad Mütəllimov
Tovuz şəhər stadionu
5 aprel (cümə axşamı)
"Mil-Muğan” – "Qaradağ Lökbatan” - 1:1
Qollar: Rəşad Orucov, 71 - Ruslan Voronsov, 44
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Maqsud Şıxəliyev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Vahid Hüseynov
Hakim-inspektor: Rufulla Kərimov
Heydər Əliyev adına İmişli şəhər stadionu
"Şüvəlan” – "Sabah” - 1:0
Qol: Elnur Səmədov, 82
Hakimlər: İnqilab Məmmədov, Hüseyn Əsgərov, Məmmədəli Kərimov, Bəxtiyar Gözəlov
AFFA nümayəndəsi: Eldar Əlixanov
Hakim-inspektor: Vaqif Ayvazov
"AZAL Arena”