İspaniya "Atletiko"sunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.
Sportnet.az-ın məlumatına görə, bu, Portuqaliya "Sportinq"i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
İspaniyalı yarımmüdafiəçi görüşün 22-ci saniyəsində fərqlənib. O, 2004-cü ildə İntertoto Kubokunda Çexiya "Zlin"i ilə görüşün 27-ci saniyəsində fərqlənən Alvaro Novonu keçib. Lakin 26 yaşlı futbolçu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib.
Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən "Qarabağ" - "Slovan" (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora 10,69-cu saniyədə fərqlənib.
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Atletiko" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.







































































