
"Keşlə" klubu "Kəpəz"lə keçirəcəyi Topaz Premyer Liqasının XXII tur matçı ərəfəsində Gəncə şəhər stadionunda məşqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesində 5 futbolçu iştirak etməyib. Qapıçı Kamran Ağayev, eləcə də Murad Qayalı və Cabir Əmirli zədə səbəbindən Gəncəyə yollanmayıb. Sezar Meza Kolli və Pərdis Fərcad-Azad isə cəzalıdır.
Qeyd edək ki, aprelin 7-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Keşlə" matçı saat 15:00-da başlanacaq.