"Neftçi”nin futbolçusu Namiq Ələsgərov Topaz Premyer Liqasının XXII turunda "Sumqayıt”la 2:2 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Nəticə sizi nə dərəcədə razı saldı?
- Əlbəttə, qalib gəlmək istəyirdik. Qələbə bizim üçün çox vacib idi. 3-cü və 4-cü yerdəki komandalara yaxınlaşmaq istəyirdik. Amma olmadı.
- Bunu əldən verməyinizə səbəb Cavid İmamverdiyevin ustalığı, yoxsa ani diqqətsizliyiniz?
- Hər iki amil rol oynadı. İmamverdiyev yaxşı oynadı, çox yaxşı qol vurdu. Qismətdi, belə olmalı imiş.
- Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ” ilə matç öncəsi bu nəticə psixoloji baxımdan sizə mənfi təsir göstərə bilərmi?
- Qələbə qazansaydıq, daha yaxşı olardı. Amm hələ heç nə bitməyib. Uduzsaydıq, vəziyyət daha pis olardı. Çemponatda hələ şansımız davam edir. Kuboka yaxşı hazırlaşacağıq.
- Növbəti turda "Zirə” ilə qarşılaşacaqsınız. Ard-arda iki oyun çətin olmayacaq?
- Ağır olacaq. Amma indi "Qəbələ” ilə qarşılaşmanı fikirləşirik. Bundan sonra "Zirə” barədə düşünmək olar.
- Axır ki, kubok oyunlarının vaxtı yetişdi. Uğur qazanmaq üçün həlledici amil nə ola bilər?
- Həlledici amil istəkdir. Bizim üçün çox vacib oyundur. Finala çıxmaq üçün hər şey edəcəyik. Kim daha çox istəkli olsa, o da qalib gələcək.
- Qış fasiləsindən sonra "Qəbələ” ilə müqayisədə siz daha yaxşı formadasınız. Bu, amil sizə üstünlük verirmi?
- Çempionatla kubok tam ayrıdır. Yəqin ki, "Qəbələ” də bütün gücünü kuboka verib. Hər iki komanda üçün çətin olacaq.
- Qış fasiləsindən əvvəl Tərlan Əhmədov sizin oyununuzun alınmadığını, qapalı insan olduğunuzu deyirdi. Forma yığmağınız nə ilə bağlıdır?
- Özünəinamla bağlı idi. Daha inamsız çıxış edirdim. İndi hiss edirəm ki, azarkeşlər və məşqçilər mənə güvəndirlər. Mən də çalışıram ki, bu inamı boşa verməyim.
- Şəxsi həyatınızıda dəyişiklik müsbət təsir edib? (Ələsgərov yaxınlarda ailə qurub – red.)
- Buna cavab verməyim (gülür)
- Bu gün "Sumqayıt” güclü idi, yoxsa siz yetəri qədər istəkli deyildiz?
- İstəkli idik. "Sumqayıt” çox yaxşı komandadır, Avropa Liqası uğrunda yarışır. Hər iki komanda yaxşı mübarizə apardıq. Əsas odu ki, heç olmasa, uduzmadıq. Buna da şükür. Uduzsaq, vəziyyətimiz daha pis olardı.
- Cavid İmamverdiyev qol vuranda bunu qeyd etmədi. Siz bu cür davranışları necə qarşılayırsız?
- Normal. "Neftçi”nin yetirməsidir, neçə il bu klubda çıxış edib. Dünya futbolunda da belə şeylər çox olur.
- Yəqin ki, "Bakı” elitada olsaydı, başqa söz deyərdiniz...
- Yəqin ki.. Bilmirəm.