"Qəbələ" klubu "Neftçi" ilə Azərbaycan Kubokunun ilk yarımfinal matçında 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Klubdan Sportnet.az-a verilən məlumata görə, bunlar qapıçı Dmitri Bezotosnı, müdafiəçi Vitali Vernidub və hücumçu Baqali Dabodur. 
Vernidub Topaz Premyer Liqasının XXI turunda "Sumqayıt"la, Bezotosnı və Dabo isə XXII turda "Zirə" ilə 1:1 hesablı heç-heçə ilə bitən oyunlarda zədələnib. Ukraynalı qapıçı elə görüş zamanı əvəzlənsə də, fransalı forvard artıq əvəzləmə limiti dolduğu üçün sonadək meydanda qalmalı olub.  
Hazırda tibbi heyət hər 3 legioneri aprelin 18-də keçiriləcək cavab görüşünə yetişdirməyə çalışır.  
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu aprelin 12-də keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    
    























































