İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub. 
Sportnet.az-ın məlumatına görə, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb. 
Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: 
"Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafın bir mənbəyi olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam". 









                 





    
    
    
    
    
    
    
    
    























































