Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə Azərbaycan Minifutbol Federasiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
Sportnet.az-ın məlumatına görə, imzalanma prosesində AFFA-nı baş katibin müavini Sərxan Hacıyev, AMF-ni isə İdarə Heyətinin sədr müavini Andrey Sarıçev təmsil edib.









                 





    
    
    
    
    
    
    
    
    























































