Neftçi” PFK Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı "Qəbələ” klubu ilə matçın hazırlığını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, komanda bu gün İsmət Qayıbov adına bazada məşq keçib.
Xatırladaq ki, aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.









                 













    
    
    
    
    
    
    
    
    























































