Gələn mövsüm Ermənistan çempionatının Yüksək Liqasında iştirak üçün 10 kluba lisenziya verilib. 
Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Futbol Federasiyasının Lisenziya Komitəsi qərar qəbul edib. Elitada iştirak hüququ əldə etmiş komandalar hazırda Yüksək Liqada çıxış edən "Alaşkert", "Şirak", "Pünik", "Qandzasar-Kapan", "Banants" və "Ararat"la yanaşı, "Erebuni", "Lori", "Artsax" və "Ararat-Moskva"dır. "Erebuni"ni Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qarik Tsarukyan alıb. Tsarukyan klubun adını dəyişərək, "Kotayk" qoymaq niyyətindədir. "Ararat-Moskva" isə Rusiyada yaradılmış və bu mövsümdən həmin çempionatın aşağı liqasında çıxış edən klubdur.  
Hazırda Avropa ölkələrindən yalnız Ermənistan çempionatında 6 klub çıxış edir. Komanda sayını artırmaqla, biabırçı sayın aradan qaldırılması düşünülür. 
Qeyd edək ki, Azərbaycan Premyer Liqası iki mövsümdür 8 komandanın iştirakı ilə keçirilir.









                 




    
    
    
    
    
    
    
    
    






















































