1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Maksimov: "Hətta qadın da öz əri ilə pulsuz yaxınlıq etmir"
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə "Sumqayıt”ı 1:0 hesabıyla məğlub edən "Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Bu gün qalib gəlmək istəyirdik. Çünki son oyunlarda qalib gələ bilmirdik. Rəqib isə yaxşı formada idi. Bu cəhətdən qalib gəlməyimiz yaxşı oldu. Son dəqiqədə qol vurmağı bacardıq. Bəzi oyunçuların klubla müqavilə müddəti bitmək üzrədir. Onları oyuna kökləmək çətin idi. Ancaq qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm.
- Bugünkü qələbə ilə düşünmürsüz ki, rəqibi bir az da qıcıqlandırmış oldunuz?
- Azarkeşlərimiz qarşısında oynayırdıq. Buna görə də qalib gəlmək istəyirdik. Rəqibin yaxşı formada olması bu istəyimizi dəyişə bilməzdi.
- Həmişə məğlub olduqdan sonra kefsiz olurdunuz. Bu gün qalib gəlsəniz də, yenə kefsiz görünürsüz...
- Çünki hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu var.
- İkinci hissədə komanda bir qədər ehtiyatlı oynayırdı. Bu, nəyə görə idi: Rəqib yaxşı oynadı, yoxsa...?
- 90 dəqiqə pressinq etmək asan deyil. Bu cəhətdən uşaqlara minnətdaram. Bir az da ustalıq səviyyəsi var. Bu da müəyyən rol oynayırdı.
- "Keşlə”nin arokuboklara vəsiqə üçün son şansı kubokdur. Bu rəqiblə həftəsonu Premyer Liqada da oyununuz var. Çempionatda heç bir şansınızın qalmadığını nəzərə alsaq, bu oyuna ciddi yanaşmaya bilərsiniz?
- Rəqibin hər iki cəbhədə şansı var. Bizim isə yalnız kubokda şansımız davam edir. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Bəzi problemlərimiz var. Slavik Alxasov və Denis Silva bu gün zədə aldı. Ola bilsin, bəzi oyunçulara istirahət verdim. Futbolçuların da bəzilərinin müqavilə müddəti bitir. Bəzi futbolçuların 1 aylıq müqaviləsi qalıb. Buna görə də onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər.
- Oyunçuları dediniz. Lakin sizin də klubla müqavilə müddətiniz bitir...
- Komanda qalacaq. Ancaq büdcə necə olacaq, bəlli deyil. Bunun üçün bizə qələbə lazımdır.
- "Qarabağ”la oyundan sonra klub rəhbərliyinin sizi aldatdığını demişdiniz. Getmək istədiyiniz deyilir. Komanda hətta avrokubokara vəsiqə qazansa da, gedəcəksiniz?
- Bəli. Pul problemi var. Heç klub prezidentinin özü necə olacağını bilmir. Bilirsiniz, indiki məqamda hətta qadın da öz həyat yoldaşı ilə pulsuz yaxınlıq etmir.