"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 30 qol vuran ilk afrikalı olub.
Sportnet.az-ın məlumatına görə, misirli yarımmüdafiəçi "Bornmut"u 3:0 hesabı ilə yendikləri görüşdə fərqlənib. O, yubiley qoluna cari mövsüm komandasının çempionatdakı 32-ci matçında imza atıb. Salah "Çelsi"nin sabiq forvardı Didye Droqbanın rekordunu geridə qoyub. Droqbanın 29 qolu var idi. Hazırda 25 yaşlı futbolçu Premyer Liqanın ən yaxşı bombardiridir. O, "Tottenhem"in hücumçusu Harri Keyni 5 top geridə qoyur.
Bu mövsüm "Liverpul"un daha 4 oyunu qalıb. Hazırda "qırmızılar" 70 xalla 3-cü pillədə qərarlaşıb.