Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Qari Medel Çin klubunun təklifini rədd edib.
Sportnet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan komanda çilili futbolçuya illik 7 milyon avro təklif edib. İstanbul təmsilçisinə isə 10 milyon avro ödəyəcəyini vəd edib. Medel "Beşiktaş"da xoşbəxt olduğunu söyləyərək təklifi rədd edib.
Qeyd edək ki, Qari Medel "Beşiktaş" forması ilə 13 çempionat oyununun hamısında 90 dəqiqə meydanda olub.