"Səbail"in baş məşqçisi Samir Əliyev "Qəbələ" ilə Topaz Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında sürprizlə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, Əliyevə 39 yaşının tamam olması münasibətilə tort təqdim olunub. Tortu ona Sport24.az-ın redaktoru Mehman Süleymanov verib.
Bu, mətbuat konfransında baş məşqçiyə tortun təqdim olunduğu ilk haldır.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.