1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "İstefadan qorxmuram"
"Məğlub olmaq istəməzdik. Gözləmədiyimiz yenilgi oldu. Oyuna yaxşı başlasaq da, penalti, daha sonra isə qırmızı vərəqə bütün planlarımızı pozdu. İrəli atıldıq və bunun acısını çəkdik. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Bu klub mənə doğmadır. I Diviziondan bu klubda çalışıram. Klub rəhbərliyi ilə görüşəcəyəm. Bundan sonra gələcək planlarımızı müəyyənləşdirəcəyik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Azarkeşlərlə aranızda nə baş verdi?
- Azarkeşləri də başa düşürəm. Qırmızı vərəqə aldıq, bundan sonra hücumları davam etdirdik. Hər dəfə gəlirlər, 70-ci dəqiqədən sonra "istefa” qışqırırlar. Sadəcə, onlara dedim ki, uşaqlara dəstək lazımdır. Mən istefadan qorxmuram. Dediyim kimi, bu klub mənə doğmadır. Klubun gələcəyi üçün nə xeyirlidirsə, o da olmalıdır.
- Məğlubiyyətdə qırmızı vərəqə nə dərəcədə rol oynadı?
- Əlbəttə, müəyyən rolu oldu. Fasilədə sarı vərəqəsi olan futbolçulara ehtiyatlı olmağı tövsiyə etmişdim. Ola bilsin, Yani Urdinovu əvəzləyəcəkdim.
- İkinci hissədə "Neftçi”nin qapısı qarşısında qarışıqlıq oldu. Orada "Zirə”nin futbolçusu yerdə qaldı. Penalti olması şübhəsi yarandı. Həmin epizod barədə nə deyə bilərsiniz?
- Mənə də penalti kimi göründü. Hətta həmin epizoddan öncə sanki top rəqib müdafiəçinin əlinə dəymişdi. Lakin indi təkrara baxmadan dəqiq bir şey deyə bilmərəm.
- "Zirə”nin 7 futbolçusunun zədəli olması komandanın nəticələrinə nə dərəcədə təsir göstərdi?
- Bu gün "Zirə”də 7 futbolçunun olmaması böyük itkidir. Lakin mən deyəndə, bu, bəraət kimi görünür. Siz sual verdiniz deyə, bu barədə danışıram. Bu oyunçulardan heç də hamısının zədəsi süni örtüklə bağlı deyil. Ancaq meydan amili də müəyyən rol oynayır. Hərçənd, bu, əsas səbəb deyil.