"Sumqayıt" klubunun futbol üzrə Azərbaycan Premyer Liqasının geridə qalan 23 turu ərzində 10 ev oyununu ümumilikdə 14078 azarkeş izləyib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən çox tamaşaçı aprelin 15-də "Keşlə" ilə XXIII tur matçında olub. İki komanda aprelin 18-də yenidən üz-üzə gələcək. Bu dəfə "Sumqayıt" və "Keşlə" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə qarşılaşacaq. "Kapital Bank Arena"da keçiriləcək oyun saat 17:00-da keçiriləcək.
"Sumqayıt" Futbol Klubu bütün azarkeşlərini bu görüşdə də komandanın yanında olmağa dəvət edib.
"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:
1. "Sumqayıt” FK – "Kəpəz” (1326 azarkeş)
2. "Sumqayıt” FK – "Neftçi” (1500 azarkeş)
3. "Sumqayıt” FK – "Qəbələ” (1300 azarkeş)
4. "Sumqayıt” FK – "Zirə” (1300 azarkeş)
5. "Sumqayıt” FK – "Keşlə” (1200 azarkeş)
6. "Sumqayıt” FK – "Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)
9. "Sumqayıt” FK – "Kəpəz” (1000 azarkeş)
10. "Sumqayıt” FK – "Keşlə” (2500 azarkeş)
Qeyd edək ki, bu mövsüm "Sumqayıt" Premyer Liqada 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətlə 39 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.