1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanla oyunda debüt etmiş futbolçu karyerasını bitirdi - VİDEO
Qazaxıstan milli komandasının sabiq yarımmüdafiəçisi Vitali Yevstiqneyev futbolçu karyerasını 32 yaşında başa vurub.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı Yevstiqneyevin doğma klubu "Taraz" tərəfindən təntənəli yolasalma mərasimi təşkil olunub. Təcrübəli oyunçuya I Liqada "Kayrat A" komandası ilə görüşdən əvvəl 8 nömrəli forma təqdim olunub.
Qeyd edək ki, Vitali Yevstiqneyev Qazaxıstan millisində 3 oyun keçirib. O, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri görüşdə gözəl qolla yadda qalıb. 6 sentyabr 2011-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşmada debüt edən Yevstiqneyev 77-ci dəqiqədə meydana çıxan kimi topa ilk toxunuşundaca uzaqdan zərbə ilə fərqlənib. Lakin bu, təsəlli qolu olub və görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Azərbaycan və Qazaxıstan milliləri iyunun 5-də "Astana Arena"da yoldaşlıq görüşü keçirəcəklər.