1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Araz" 16-da dayandı
Futzal üzrə Azərbaycan çempionluğunu təmin etmiş "Araz" Yüksək Liqanın XXV turunda 2018-ci ildə ilk, cari mövsümdə isə ikinci dəfə meydanı qələbəsiz tərk edib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Naxçıvan komandası "İtaldizain Futsal”la oyunda hesabı lider açsa da, sonradan məğlub duruma düşüb.
Joze Alesio da Silvanın baş məşqçi olduğu kollektivin gücü yalnız bərabərlik qolunu vurmağa yetib - 2:2.
"Araz” cari çempionatda ilk xal itkisi ilə I dövrədə üzləşib. Ötən il noyabrın 8-də Bakı idman Sarayında VI tur çərçivəsində "Neftçi” ilə keçirilmiş oyunda da 2:2 hesabı qeydə alınıb. Sonrakı 15 oyunun hamısında qalib gələn naxçıvanlıların uğurlu seriyası 16-da dayanıb.