"Neftçi” və "Qəbələ” komandaları arasında Azərbaycan Kubokunun cavab yarımfinal matçından sonra iki rəqib futbolçu arasında insident olub.
Sportnet.az xəbər verir ki, paltardəyişmə otağına gedən yolda "Neftçi”dən İqnasio Herrera ilə "Qəbələ”dən Filip Ozobiç arasında qarşıdurma baş verib.
Qeyd edək ki, "Qəbələ” evdə keçirdiyi ilk matçda 1:2 hesabla uduzsa da, səfərdə 3:2 qələbə qazanaraq finala çıxıb. Nəticədən narazı qalan "Neftçi" azarkeşləri matç bitdikdən sonra meydana pirotexniki maddələr atıblar.