Topaz Premyer Liqasında XXIV turun "Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. "Sumqayıt" klubu "Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib.
"Gənclik şəhəri" təmsilçisinin müraciətini və "Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun vaxtını 22 aprel saat 19:00-a təyin edilib.
Beləliklə, "Sumqayıt" - "Qarabağ" qarşılaşması "Neftçi" - "Qəbələ" görüşü ilə eyni vaxtda başlayacaq.