"Qara zolağ”a düşmüşük. Bu vəziyyətdən çıxmağımız alınmır. Çətin vəziyyətə düşmüşük".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Vüsal İsgəndərli səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 23 yaşlı yarımmüdafiəçi jurnalistlərin də suallarını cavablandırıb...
- Zədəli futbolçularnız çox idi. Bunun uğursuzluğa nə qədər aidiyyatı var?
- Əlbəttə, heç baş məşqçimiz Ayxan Abbasov ötən konfransda bu məsələyə toxunmamış və məğlubiyyətləri öz üzərinə götürmüşdü. 8 futbolçumuz yoxdur. Mən də zədəliyəm, amma məcburuq ki, oynayaq. Baş məşçiyə və azarkeşlərə görə bu vəziyyətdən çıxmalıyıq.
- Bəs problem nədədir?
- Bu sualı hamıya verirlər və çəkilib kənarda dururq. Yerdə də qalır baş məşqçi.
- Deməli, günah ondadır?
- Xeyr, elə deyil. Bu, elə bir şeydir ki, bir qələbədən sonra düzələ bilər. Amma alınmır.
- Ümidiniz nəyə qalıb?
- Allaha. Həvəsdən düşmək olmaz. Azarkeşlər üçün buna məcburuq. Biz maaş alırıq, haqqını verməliyik. Kimsə boş-boşuna əmək haqqı qazanmır. Əlimizdən gələni etməliyik.
- Avrokuboklara vəsiqə uğrunda son 4 turda gərgin mübarizə aparacaqsınız…
- Yaxşı komanda, futbolçu belə çətin anlarda özünü göstərə bilir. 12 xal qazanaraq avrokuboklara yollansaq, hamı bizə qəhrəman deyəcək. "Zirə” həmin komandadır. İki standart vəziyyətdən qol buraxdıq. Rəqibin başqa epizodu da olmadı. Alınmadı…