"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbvanov Topaz Premyer Liqasının XXIV turunda "Sumqayıt"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra paltardəyişmə otağında futbolçuları çempionluq münasibəti ilə təbrik edib.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəsssis ardıcıl çempionluq qazanmağın hər bir futbolçunun arzusu olduğunu qeyd edib:
"Çox əziyyət çəkdiniz. Hər birinizə təşəkkür edirəm. Yanvardan sonra hər oyunumuz ağır keçdi. Hər kəsi bağrıma basıram".
Sonda Qurban Qurbanov futbolçuları növbəti gün bazada gözləyəcəyini söyləyib. Onun bu ifadəsi gülüşlə qarşılanıb.