1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Gənclər Liqasının qalibi məlum oldu
İspaniyanın "Barselona" klubu UEFA Gənclər Liqasının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi finalda İngiltərənin "Çelsi" komandasını darmadağın edib - 3:0. İsveçrənin Nyon şəhərindəki "Kolovrey" stadionunda keçirilmiş qarşılaşmada Alexandro Markes 33 və 52-ci dəqiqələrdə "dubl" edib, daha bir qolun müəllifi isə uzatma dəqiqələrində Abel Ruis fərqlənib. Bununla da "Barsa" tarixində ikinci dəfə
Qeyd edək ki, UEFA Gənclər Liqası gənclərdən ibarət klublar üçündür. Bu yarışa Çempionlar Liqasının qrup mərhələsinin 32 və Avropanın ən yaxşı 32 liqasının hər birindən bir komanda qatılır. 2013-2014 mövsümündə təşkil edilmiş ilk turnirin qalibi də "Barselona" olub. Sonradan ardıcıl iki mövsüm "Çelsi" bu mükafatı əldə edib. Ötən mövsüm isə Avstriya "Zaltsburq"u yarışı qələbə ilə başa vurub.
Bu mövsüm Azərbaycanı təmsil etmiş "Qarabağ"ın qrup mərhələsindəki rəqiblərindən biri "Çelsi" olub. Ağdam komandası "zadəganlar"a səfərdə 0:5, evdə 1:3 hesabı ilə uduzub. "Barselona"nın yarımfinalda İngiltərənin "Mançester Siti" klubunu 5:4 hesabı ilə yendiyi görüşü isə FİFA referisi Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.