Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Almaniyada "Bavariya" klubu İspaniya "Real Madrid"ini qəbul edib. Münhendəki "Alyans Arena"da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.
Hərçənd, hesabı 28-ci dəqiqədə "Bavariya"nın futbolçusu Coşua Kimmix açıb. Lakin 8-ci dəqiqədə Aryen Robben, 34-cü dəqiqədə isə Jerom Boatenqin zədələnərək, əvəzlənmələri almaniyalıların oyununa təsirsiz ötüşməyib. Nəticədə "Real Madrid" 44-cü dəqiqədə Marselo, 57-ci dəqiqədə isə Marko Asensionun qolları ilə əzmkar qələbəyə nail olub.
Cavab matçı mayın 1-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Qeyd edək ki, ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə İtaliya "Roma"sını darmadağın edib - 5:2. Bu komandalar arasındakı cavab oyunu isə mayın 2-də "Olimpiko" stadionunda olacaq.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
25 aprel
22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) - 1:2
Qollar: Coşua Kimmix, 28 - Marselo, 44. Marko Asensio, 57
Baş hakim: Byörn Keypers (Hollandiya)
Qeyd edək ki, digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə İtaliya "Roma"sını darmadağın edib - 5:2.